XİN radio və televiziya işçilərini təbrik edib


13:11     06 Noyabr 2021 2021/11/79D4FACB-4CF1-47CC-A072-69F3352124CC_1636192615.jpeg

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) radio və televiziya işçilərini peşə bayramı münasibətiə təbrik edib.

Femida.az xəbər verir ki, təbrikin mətni XİN-in tvitter hesabında paylaşııb.

"6 noyabr – Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. 95 il əvvəl məhz bu gündə Azərbaycan radiosu fəaliyyətə başlayıb. Bu münasibətlə, bütün radio və televiziya işçilərini təbrik edir, hər zaman Vətənimizlə bağlı xoş xəbərlər paylaşmalarını arzulayırıq", - təbrikdə deyilir.


Femida.az

Açar sözlər: #XİN    

Oxunub: 3431