XİN-də işə qəbul imtahanlarının nəticələri açıqlanıb
11:12 25 İyul 2022
Xarici İşlər Nazirliyində (XİN) işə qəbul imtahanlarının nəticələri açıqlanıb.
XİN-dən Femida.az-a bildirilib ki, qurumun kadr təminatı prosesinin təkmilləşdirilməsi məqsədilə diplomatik xidmətə qəbulun müsabiqə formatında həyata keçirilməsinə qərar verilib.
Dövlət İmtahan Mərkəzi (DİM) ilə aparılan hərtərəfli müzakirələrin nəticəsində, mərkəzləşdirilmiş qaydada, iki əsas mərəhələdən (yazılı imtahan və müsahibə) ibarət müsabiqə prosesi təşkil edilib.
Müsabiqənin DİM tərəfindən yanvarın 23-də təşkil edilən yazılı imtahan mərhələsində 460 nəfər iştirak edib.
Namizədlər qarşısında qoyulmuş tələblərə uyğun olaraq ən yüksək nəticə göstərən ilk 100 nəfər, habelə yazılı imtahan mərhələsi üzrə iştirakçıların apelyasiya müraciətlərinin nəticələri də nəzərə alınaraq, ümumilikdə 113 nəfər iştirakçı müsahibənin növbəti mərhələsinə dəvət olunub.
Diplomatik xidmətə qəbul müsabiqəsinin ikinci-müsahibə mərhələsi 10 may – 02 iyun 2022-ci il tarixlərində təşkil edilib və müsahibədə 106 namizəd iştirak edib.
Müsahibə mərhələsinin yekunlarına əsasən 67 namizədin nəticələri, o cümlədən apelyasiyaya müraciət edən iştirakçılardan 2 namizədin müsahibə nəticələri müəyyən edilən şərtlər çərçivəsində qənaətbəxş hesab olunub.
Diplomatik xidmətə qəbul müsahibəsindən müvəffəqiyyətlə keçən namizədləri təbrik edir və onlara Azərbaycan Respublikasının diplomatik xidməti sahəsində gələcək fəaliyyətlətində uğurlar arzulayırıq.
Oxunub: 2647
Oxşar xəbərlər
- XİN-dən Dirçəliş Günü XİN-dən Dirçəliş Günü təbriki
- XİN-də konsulluq xidmətləri üzrə onlayn müşavirə keçirilib
- XİN-dən Ermənistanın Azərbaycan mövqelərini atəşə tutmasına MÜNASİBƏT
- XİN-də iki yeni idarə yaradılıb
- XİN-dən erməni cinayətləri ilə bağlı AÇIQLAMA
- XİN-dən Ermənistana çağırış: Boş bəyanatlar verməyin
- XİN-dən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı BƏYANAT
- XİN-dən ermənilərin Xocavənddə törətdikləri təxribatla bağlı AÇIQLAMA
- XİN-dən fransalı deputatların Qarabağa gedəcəyi xəbərinə münasibət
- XİN-dən Mnatsakanyana CAVAB