Azərbaycan güləşçisi dünya çempionu olub


22:00     06 Noyabr 2021

Azərbaycan güləşçisi Əliabbas Rzazadə dünya çempionu tituluna yiyələnib.

Sərbəst güləş üzrə millimizin üzvü Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək idmançıların yarışında qızıl medala yiyələnib.

3 boksçumuz dünya çempionatının 1/4 finalına yüksəlib
Azərbaycan cüdoçuları dünya çempionatını 8 medalla başa vurub

57 kq çəkidə xalçaya çıxan Rzazadə finalda Bekbolot Mirzənəzər Uulunu (Qırğızıstan) 7:6 hesabı ilə məğlub edib.

Digər güləşçimiz Zirəddin Bayramov (65 kq) isə bürünc medal görüşündə Stilyan İliyevə (Bolqarıstan) 10:0 hesabı ilə qalib gəlib.

Açar sözlər:

Oxunub: 469