"İlham Əliyev münaqişənin uğurlu həllinə nail oldu" - Devid Merkel


11:47     08 Noyabr 2021 2021/11/AE9FD7BA-60A0-4F90-8465-29A36750B58F_1636359070.jpeg

"30 ildən sonra beynəlxalq ictimaiyyət BMT-nin qətnamələrinin icrasına nail ola bilmədi. Lakin Prezident İlham Əliyev xalqın istəyinə uyğun olaraq öz əzmkarlığı ilə münaqişənin uğurlu həllinə nail oldu"

Bunu Femida.az -a açıqlamasında ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisinin sabiq müavini Devid Merkel deyib. O bildirib ki, hər kəs sülh yolu ilə bu münaqişənin həllinin tapmasının lehinə idi, lakin münaqişə digər yolla həllini tapdı:

"Bu səbəbdən Bakıdakı insanlar 8 noyabr tarixində bu qələbəni təntənə və paradla qeyd edirlər".

Femida.az

Açar sözlər:

Oxunub: 455