Boqota şəhərinin simvolu Azərbaycan bayrağının rənglərinə bürünüb


09:37     09 Noyabr 2021 2021/11/0FBEF717-4005-45D2-8334-86D525B1D520_1636436725.png

Azərbaycanın Zəfər Günü münasibətilə Kolumbiya paytaxtının simvolu Azərbaycan bayrağının rənglərinə bürünüb

Azərbaycanın Meksikadakı səfirliyindən Femida.az -a verilən məlumata görə, Vətən müharibəsində qələbəsinin ilk ildönümü münasibətilə noyabrın 8-də Kolumbiyanın paytaxtı Boqota şəhərinin ən hündür binalarından olan və şəhərin simvolu sayılan məşhur “Colpatria” binası üçrəngli bayrağın rəngləri ilə işıqlandırılıb.

Eyni zamanda, binanın fasad örtüyü üzərində “Azərbaycan, Zəfər Günün mübarək sözləri” əks olunub.


Femida.az

Açar sözlər: #Bayraq    

Oxunub: 571