Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
10:05 09 Noyabr 2021
Energetika Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Qobustan Hibrid Elektrik Stansiyasının ərazisində 8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Nazirlikdən Femida.az -a verilən məlumata görə, tədbirdə nazirliyin aparatının və tabeliyindəki qurumların əməkdaşları iştirak ediblər.
Aksiya zamanı Qobustan Hibrid Elektrik Stansiyasının ərazisində 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilmiş şəhər, kənd və qəsəbələrimizin adına 298 ədəd müxtəlif növ ağac əkilib.
Energetika naziri Pərviz Şahbazov nazirliyin əməkdaşlarını Zəfər Günü münasibətilə təbrik edib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun vətən uğrunda göstərdiyi şücaətlərdən söz açıb, Vətən müharibəsində qəhrəmancasına döyüşərək, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igid əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsinin xalqımızın yaddaşında daim əziz tutulduğunu, hər zaman böyük ehtiram və hörmətlə yad edildiyini deyib.
Həmçinin, nazirlik əməkdaşları tərəfindən Qobustandan olan şəhid ailələri ziyarət edilib, Zəfər Günü münasibətilə bayram sovqatları təqdim olunub.
Femida.az
Oxunub: 718
Oxşar xəbərlər
- Qarabağ və Zəngəzurda ağacəkmə aksiyaları keçiriləcək
- Deputat ağacəkmə kampaniyası təşkil etdi
- Ədliyyə işçiləri və könüllüləri ağacəkmə aksiyasına qoşulublar
- Zəngilanda növbəti ağacəkmə aksiyası keçirildi
- Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə kampaniyası keçirib
- Bakıda ağacəkmə aksiyası keçirilib
- Zəngilanda növbəti ağacəkmə tədbiri keçirilib
- Ağdamda ağacəkmə aksiyası keçirildi
- Azərbaycan Türkiyənin genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub
- Gəncə, Bərdə və Kürdəmir polisləri də ağacəkmə aksiyasına qoşuldu