Meksika mətbuatında Azərbaycanın qələbəsi işıqlandırılıb
09:37 11 Noyabr 2021
Meksikanın nüfuzlu KİV-lərindən olan “24 horas” gündəlik qəzetində bu ölkədəki səfirimiz Məmməd Talıbovun Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və işğaldan azad edilmiş ərazilərdə görülən işlər barədə müsahibəsi dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən Femida.az -a verilən məlumata görə, müsahibədə ilk olaraq erməni işğalının tarixi, Vətən müharibəsinin yekunları və işğal faktına son qoyulması haqda məlumat verilir.
Sonra işğal müddətində erməni tərəfinin törətdiyi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər, habelə azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıdışını ləngitmək üçün yaratdığı maneələr, bu xüsusda bölgədəki kütləvi dağıntılar və minalama haqda danışılır.
Yazıda həmçinin Şuşa şəhərinin Azərbaycanın tarixi və mədəniyyətindəki xüsusi əhəmiyyəti haqda məlumat verilir, ölkəmiz tərəfindən Şuşada və digər azad olunmuş bölgələrdə aparılan intensiv yenidənqurma işlərindən bəhs edilir.
Femida.az
Oxunub: 392
Oxşar xəbərlər
- Meksikanın dövlət neft-qaz şirkəti 5 milyard dollara yaxın vəsait itirib
- Qarabağda görülən yenidənqurma işləri Meksika radiosunda
- "Meksika və Azərbaycan artıq daha yaxındır” - Səfir
- Azərbaycanla Meksika və Özbəkistanla turizm perspektivlərini müzakirə edib
- Ermənistanın Azərbaycana qarşı təcavüzü Meksika mətbuatında
- Azərbaycan diplomatı Meksika mətbuatında erməni təcavüzünü işfa etdi
- Ermənistanın törətdiyi müharibə cinayətləri MEKSİKA MƏTBUATINDA
- Erməni təxribatı ilə bağlı məlumatlar Meksika radiosunda
- Meksikada son sutkada 33 nəfər koronavirusdan ölüb
- Bakıda Meksikanın Qlobal Həftəsi başlayır