Qaradağda yanğın, 5 nəfər təxliyə olunub


09:52     11 Noyabr 2021 2021/11/55306D8D-32B8-4BA3-A6FC-2C9173BEAB6C_1636609548.jpeg

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 30 m² olan talvarın taxta atmaları yanıb.

Bu barədə Femida.az Fövqaladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir. Yanğın zamanı yaxınlıqdakı evin tüstü dolmuş otaqlarından yatmış vəziyyətdə olan 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Femida.az

Açar sözlər: #FHN   #Yanğın    

Oxunub: 479