Salyanda yol qəzasında xəsarət alan şəxslər xəstənada ölüb


11:57     18 İyul 2022 22_07_18_1658127499.jpg

Salyanda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslər xəstəxanada ölüb.

Femida.az-ın məlumatına görə, ağır yol-nəqliyyat hadisəsi zamanı komotoz vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılan şəxslər orada ölüb.

Bunlar rayonun Çuxanlı kənd sakini, 1954-cü il təvəllüdlü İbişov Şərifalı Nadiralı oğlu və Salyan şəhəri, 20 Yanvar küçəsinin sakini, 1958-ci il təvəllüdlü Bayramova Məhbubə Seyfulla qızıdır. Həkimlərin səyinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 360