Bu yanacaqdoldurma məntəqəsində nöqsanlar aşkarlandı - Video
11:33 12 Noyabr 2021
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə Femida.az -a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu çərçivədə, Xidmət tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “MSDIS Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icarəyə götürülərək tikinti-quraşdırma və yenidənqurma işləri aparılan yanacaqdoldurma məntəqəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar, xüsusilə də yanacaqdoldurma məntəqəsinin fasad hissəsində istifadə olunan üzlük materialın yanma qrupunun naməlum olduğu aşkar edilib.
Qeyd edilən nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratması səbəbindən aparılan işlər Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən dayandırılıb.
Obyektin fasad hissəsində istifadə olunmuş üzlük materialın yanma qrupunun təyin edilməsi üçün götürülmüş nümunələr Xidmətin əməkdaşları tərəfindən müvafiq qaydada sənədləşdirilərək, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınların Tədqiqatı və Sınaq Laboratoriyasına göndərilib və laboratoriyanın rəyi ilə sözügedən nümunələrin yanan materiallar qrupuna aid olduğu müəyyən edilib. Beləliklə, həmin üzlüklərin yüksək risk qrupuna daxil olan yanacaqdoldurma məntəqəsində istifadəsinin yolverilməz olduğu öz təsdiqini tapıb.
Qeyd olunanlar nəzərə alınaraq, Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə üzlük materialın sahibkar tərəfindən sökülməsi təmin edilib.
Femida.az
Oxunub: 421
Oxşar xəbərlər
- Baş Prokurorluq: "FHN əməkdaşlarının intim videolarının yayılması ilə bağlı araşdırmalara başlanılıb"
- FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
- FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN: Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun
- FHN-in səlahiyyətlərinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanır
- Sumqayıtda yanğının söndürülməsinə FHN-in mülki müdafiə qoşunları, helikopterlər cəlb edilib
- FHN Sumqayıtdakı yanğınla bağlı görüntülər yaydı - FOTOLAR+VİDEO
- FHN: "Maqsudlu su kanalının 80 faizi minalardan təmizlənib"
- FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN Oğuzda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb