İrəvanda kriminal avtoritetin qətlinə görə 5 nəfər saxlanılıb


13:35     12 Noyabr 2021 2021/11/F68B1871-348A-44E4-A179-422868AF7022_1636712066.png

Ermənistan hüquq-mühafizə orqanları kriminal avtoritet Artur Kazaryanın, sabiq deputat Artyuş Simonyan və daha iki nəfərin qətli ilə bağlı cinayət işi üzrə 5 nəfəri saxlayıb.

Femida.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan deyib.

"Saxlanılanların sayı artıq 5 nəfərə çatıb. Dünən daha bir nəfər - 19 yaşlı Gevorq Caburyan xəstəxanada saxlanılıb", - o bildirib.

İstintaq artıq cinayəti törədənlərin şəxsiyyətini müəyyənləşdirib. Saxlanılan 5 nəfərdən dördü keçmiş deputat Artuş Simonyanın oğlanlarıdır. İbtidai istintaq davam edir.

Xatırladaq ki, hadisə noyabrın 11-də gecə baş verib. Paytaxt İrəvanda silahlı qarşıdurma nəticəsində 4 nəfər ölüb.

Femida.az

Açar sözlər: #Ermənistan    

Oxunub: 561