Bu il 46 minə yaxın şəxsə əlillik təyin olunub


17:22     13 Noyabr 2021 21_11_13_1636803587.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-oktyabr ayları ərzində 45 677 şəxsə əlillik təyin edib.

Agentlikdən Femida.az-a verilən məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Onlardan 14 245-i ilkin, 31 432-si təkrar əlillik təyinatıdır. Əlillik təyinatından sonra proaktiv qaydada elektron sistem üzərindən onlara əlilliyə görə sosial ödənişlər təyin edilib.

Bu ilin 10 ayında həmçinin əlilliyi olan 7 615 şəxsə 38 670 reabilitasiya vasitəsi verilib, 6 429 şəxsə isə reabilitasiya xidmətləri göstərilib.

Açar sözlər:

Oxunub: 570