Bolqarıstanda prezident və parlament seçkiləri keçirilir


09:43     14 Noyabr 2021 2021/11/68269B98-213D-4D0C-924B-68426F06BD3D_1636871353.png

Bolqarıstanda prezident və 47-ci Xalq Məclisinə seçkilər keçirilir.

Femida.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla 07.00-da açılıb.

6,7 milyon aktiv səsvermə hüquqlu vətəndaşın olduğu ölkədə 13 mindən çox səsvermə məntəqəsi fəaliyyət göstərir. Bundan əlavə, xaricdə yaşayan bolqarlar üçün 68 ölkədə 750 məntəqə açılıb. Epidemioloji vəziyyət ağır olduğu üçün Yeni Zelandiya səsvermənin təşkilinə icazə verməyib.


Femida.az

Açar sözlər: #Seçki    

Oxunub: 468