Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
16:34 15 Noyabr 2021
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində, Şəmkir su anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Femida.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Cəmil Bayramov, Lənkəran rayon sakinləri Əfqan Nəzərov, Fərhad Sadıxov, Valeh Əliyev, Şəmkir rayon sakinləri Elçin Mustafayev, Elman Hüseynov, Tovuz rayon sakini Qalib Abdullayev və Şabran şəhər sakini Mənsur Cəbrayılov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
“Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və brakonyerlər ümumilikdə 5600 manat məbləğində cərimələnib”.
B.Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı rayonların inzibati ərazisində qanunsuz ov edən Tərtər rayon sakinləri Namiq Mirzəyev, Mübariz Sadıqov, Ağdam rayon sakini Elmin Kazımov və Şəki rayon sakini Araz Rəşidov saxlanılıb, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktla bağlı təqsirkar şəxslər barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Oxunub: 713
Oxşar xəbərlər
- Kürdəmirin sabiq icra başçısı və digər vəzifəli şəxslərin cəzası azaldılıb
- Kürdəmirdə 2 yaşlı körpə zəhərlənib
- Kürdə suyun səviyyəsi son sutkada 88 sm artıb
- Kürdəmirdə “Toyota” “KamAZ”a çırpılıb, ölənlər var
- Kürdəmirdə mikroavtobus piyadanı vuraraq öldürüb
- Kürdəmirdə 18 yaşlı gənc qız intihar edib
- Kürdəmirdə yol qəzasında ər və arvad ağır xəsarət alıb
- Kürdəmirdə kütləvi dava zamanı 5 nəfər xəsarət alıb
- Kürdəmirin sabiq icra başçısının rüşvət aldığı epizodların bəziləri məlum olub - SİYAHI
- Kürdəmirin sabiq icra başçısının müsadirə edilən əmlakları məlum olub - SİYAHI