Yaralanan 2 200 qaziyə əlillik təyin edilib
11:18 17 Noyabr 2021
Vətən müharibəsində yaralanmış qazilərin əlillik vəziyyətinin qiymətləndirilməsi xüsusi diqqətdə saxlanır.
Femida.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aidiyyəti qurumlarla birgə bu istiqamətdə ardıcıl işlər aparır. Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əyani müayinəsi keçirilməklə, əlilliyinin qiymətləndirilməsi üçün sənədləşdirmə işləri yerinə yetirilir.
Bunun üçün ilk mərhələdə Müdafiə və Ədliyyə nazirlikləri, Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyalarından şəhadətnamə (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsini müəyyən edən sənəd) və tibb müəssisələrindən göndərişlər (forma 88) elektron sistemə daxil edilir.
Bu sənədləşmənin çevik təşkili aparıldıqdan sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin qiymətləndirilməsini həyata keçirir.
Ötən dövrdə Vətən müharibəsinin artıq 2200 qazisinə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem tərəfindən, proaktiv qaydada onlara müvafiq sosial ödənişlər təyin olunub.
Femida.az
Oxunub: 591
Oxşar xəbərlər
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Kameranı bağlayıb, qazini döydülər, amma...
- Bakıda dilənçilik edən saxta qazi saxlanılıb
- Narazı qazilərin şikayətlərinə münasibət bildirilib
- Qaziyə qarşı dələduzluq edən kanal rəhbəri hakim qarşısına çıxarılır
- Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib
- Xərçəngdən əziyyət çəkən Vətən müharibəsi qazisi vəfat edib
- İndiyədək qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcları ödənilib
- Daha 325 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib, 31 nəfəri qazi və şəhid ailəsi üzvüdür
- Vətən müharibəsi qazisinə qarşı dələduzluq edən kanal rəhbəri həbs olunub