Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirdi


11:06     27 Noyabr 2021 2021/11/014BF60F-3FA1-4380-AC19-A709E1DC9F46_1638000707.png

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov vətəndaşların videoqəbulunu keçirib

Femida.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov vətəndaşların müraciətini onlayn formatda dinləyib.

Müraciətlər əsasən miqrasiya xidmətləri, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, vətəndaşlıq məsələləri, həmçinin işə qəbulla bağlı olub. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb. Xidmət rəisi qaldırılan digər məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.



Femida.az

Açar sözlər: #DMX   #Qəbul    

Oxunub: 660