Türkiyə XİN və Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib


14:47     30 Noyabr 2021 2021/11/E04D0047-9BBB-486D-BD6C-F759B1B194B3_1638269474.jpeg

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib.

Femida.az -ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "Twitter" hesabında paylaşım edib.

"Qardaş Azərbaycanda Dövlət Sərhəd Xidmətinə aid bir helikopterin qəzaya uğraması xəbərini kədərlə öyrəndik. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfalar arzulayır, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı verir və səbir diləyirik", - deyə qeyd olunub.

Türkiyənin Xarici İşlər Nazirliyi də (XİN) Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib. Bu barədə Türkiyə XİN-in saytında bildirilib.

“Azərbaycanın Xızı rayonunda “Qaraheybət” poliqonunda təlim uçuşu zamanı hərbi helikopterin qəzaya uğramasını, qəzada şəhid və yaralıların olduğunu dərin kədərlə öyrəndik. Şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”, - qeyd olunub.

Xatırladaq ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Femida.az

Açar sözlər: #Helikopter   #XİN    

Oxunub: 326