Rusiya səfirliyi Azərbaycana başsağlığı verib
10:14 01 Dekabr 2021
Rusiyanın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.
Femida.az xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində yazılıb.
“Azərbaycan Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik! Allah rəhmət eləsin”, - başsağlığı mətnində bildirilib.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.
Oxunub: 434
Oxşar xəbərlər
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Rusiya böyük itkilər verdi
- Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub, 53 nəfər ölüb
- Rusiya Finlandiyaya xəbərdarlıq edib