DİN özlərini avtomobilin altına atan dilənçilərlə bağlı yayılan görüntülərə münasibət bildirib


10:11     10 Dekabr 2021 21_12_10_1639116010.jpg

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə paytaxt ərazisində özlərini avtomobilin altına atan şəxslərlə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Femida.az-a cavab olaraq bildirib ki, yayılan videogörüntülər araşdırılır.

“Bu barədə məlumatlıyıq. Artıq araşdırmalara başlanılıb”, - şöbə rəisi qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrdə paytaxt ərazisində dilənçiliklə məşğul olan şəxslərin özlərini avtomobilin altına atması ilə bağlı videogörüntülər yayılıb. Görüntülərdə həmin şəxslərin vətəndaşlar tərəfindən saxlanıldığı qeyd edilir.

Açar sözlər:

Oxunub: 494