Aİ Zəngəzur dəhlizi boyunca dəmir yolu xəttinin çəkilişini dəstəkləyib
10:22 15 Dekabr 2021
Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionunda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə dəstəyini bir daha ifadə edib.
Femida.az xəbər verir ki, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel Belçikanın paytaxtı Brüsseldə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair yaydığı bəyanatda bildirib.
O, Aİ-nın iqtisadi-investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyini də vurğulayıb.
Bəyanatda dəmir yol xəttinin çəkilişi xüsusi olaraq qeyd olunub. Bu, Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişini nəzərdə tutur. Həmçinin, dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlıq prinsipi əsasında təşkil olunacağı vurğulanıb. Bununla da Azərbaycanın dəhlizə dair haqlı mövqeyi bir daha təsdiqlənib.
Xatırladaq ki, üztərəfli görüşdə Azərbaycan və Ermənistan arasında kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib və bildirib ki, yolun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.
Oxunub: 580
Oxşar xəbərlər
- Aİ Rusiya qızılının ixracına qadağa qoyub
- Aİ Şurası Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiqləyib
- Aİ ukraynalı qaçqınlara dəstək üçün 433 milyon avro ayıracaq
- AİB Ukraynaya əlavə 700 milyon dollar ayıracaq
- Aİ ölkələri Ukraynaya 9 milyard avro məbləğində yardım göstərəcək
- Aİ-92 markalı benzinlə bağlı VACİB XƏBƏR: İyun ayının 1-dən...
- Aİ səfirləri Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib
- Aİ Rusiya neftinə qismən qadağa qoyulması ilə bağlı razılığa gəlib
- Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatında nəzərə alınacaq müddət artırılır
- Aİ gələn həftə Ukraynaya növbəti hərbi yardımı təsdiqləyəcək