Xaçmazda ata və oğlunu bıçaqlayan şəxs polisə təslim olub


18:54     16 Dekabr 2021 21_12_16_1639659319.jpg

Xaçmaz rayonunda həmyerlilərini bıçaqlayan şəxs təslim olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, Xaçmaz rayon sakini Nəriman Əsədov mübahisə zəminində həmyerliləri Beykəs Süleymanova və onun oğlu Kamrana bıçaqla xəsarət yetirib.

Hadisəni törətdikdən sonra N.Əsədov Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) könüllü gələrək təslim olub.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 359