Ötən gün 3 nəfər cərimələnib, 1 şadlıq sarayının sahibinə cinayət işi açılıb


10:33     17 Dekabr 2021 21_12_17_1639721664.jpg

Dekabrın 16-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 154 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, monitorinq 151 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib, 63 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Açar sözlər:

Oxunub: 402