Xaçmazda avtomobillə vurulan piyada xəstəxanada ölüb


09:11     20 Dekabr 2021 21_12_19_1639938813.jpg

Xaçmaz rayonunda avtomobilin vurduğu 1976-cı il təvəllüdlü Səlimov Ülfət Rafiq oğlu xəstəxanaya çatdırılsa da vəfat edib.

Femida.az -ın məlumatına görə, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilib ki, Ü.Səlimovun xəsarətləri ağır olub və çoxlu qan itirib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 439