Ötən gün toylara görə 3 nəfər cərimələnib, 39 nəfər şənliyə buraxılmayıb


12:10     22 Dekabr 2021 21_12_22_1640157054.jpg

Dekabrın 22-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 178 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, monitorinq 175 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 39 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Açar sözlər:

Oxunub: 466