Ağdaşda müştərilərə qəlyan təklif edən çay evinin icarədarı cərimələnib


10:30     23 Dekabr 2021 21_12_23_1640240438.jpg

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai-iaşə obyektlərində keçirilən yoxlamalar zamanı şəhərin Elbrus Əlizadə küçəsində yerləşən “Xan” çay evində karantin qaydalarına riayət edilmədiyi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, həmin obyektə baxış keçirilən zaman müştərilərə qəlyan təklif edildiyi müəyyən olunub. Tələbləri pozan obyektin icarədarı Fərid Nəbizadə barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək o, 400 manat cərimələnib.

Qeyd edək ki, əvvəllər də bir neçə dəfə həmin obyektdə karantin rejiminin tələblərinə riayət edilmədiyi üçün çay evini işlədən şəxs inzibati məsuliyyətə cəlb olunmuşdu.

Açar sözlər:

Oxunub: 499