Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb


11:54     28 Mart 2022 22_03_28_1648451833.jpg

Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə martın 27-si saat 16:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ağdaş rayon sakini, 1983-cü il təvəllüdlü Eldəniz Məmmədov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə həmyerlisi, 1961-ci il təvəllüdlü Nüsrət Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Açar sözlər:

Oxunub: 375