Apellyasiya məhkəmələrinə 8 yeni hakim təyinatı olacaq


09:47     24 Dekabr 2021 21_12_23_1640277235.jpg

Azərbaycanda apellyasiya məhkəmələrinə 8 yeni hakim təyinatı olacaq.

Femida.az xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 23-də onlayn formatda keçirilən iclasında məlumat verilib.

Bakı Apellyasiya Məhkəməsi üzrə Hüseyn Cavid Vaqif oğlu, Oruczadə Aytən Pənah qızı, Gəncə Apellyasiya Məhkəməsi üzrə Həsənov İslam Telman oğlu, İsgəndərova Aygül Vulqar qızı, Sumqayıt Apellyasiya Məhkəməsi üzrə Məmmədov Zahid Tahir oğlu, Şəki Apellyasiya Məhkəməsi üzrə Cavadova Günay İsmayıl qızı, Şirvan Apellyasiya Məhkəməsi üzrə Abdullayev İlkin Qismət oğlu və İsmayılov Orxan Nadir oğlunun hakimliyə namizədlikləri irəli sürülüb.

Sonda qərar layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Açar sözlər:

Oxunub: 632