Xaçmazda gənc qadın dəm qazından ölüb


09:10     25 Dekabr 2021 21_12_25_1640409029.jpg

Xaçmazda 26 yaşlı qadın dəm qazından boğulub.

Hadisə Xaçmaz şəhərinin Şəmsəddin Sultanov küçəsində baş verib. Belə ki, 1995-ci il təvəllüdlü Gülnaz Əmirşah qızı Sultanova yaşadığı evin vanna otağında dəm qazından boğulub.

Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb. Huşsuz vəziyyətdə olan qadına ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. G.Sultanovanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 522