Bakıda qadın ərəb turistin 300 min pulunu aldı


09:11     26 Dekabr 2021 dollar%20femida.jpg

Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı Bakıda 24 yaşlı qızın ondan 300 min manata yaxın pul alaraq mənimsədiyini bildirib.

Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, BƏƏ vətəndaşı, 1977-ci il təvəllüdlü Ahmed Abdulla Mohammed Alaqbaş Alhebsi bu barədə polisə müraciət edərək məlumat verib.

Onun sözlərinə görə, 2019-cu ilin fevralından 2021-ci ilin iyuluna kimi Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü S.Ə.yə 277 min manat pul verib.

Alhebsi ərizəsində bildirib ki, S.Ə. onu müxtəlif vədlərlə aldararaq pulu geri qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 609