Ötən gün toylara görə 3 nəfər cərimələnib, şadlıq sarayının sahibinə cinayət işi açılıb
11:28 29 Dekabr 2021
Ötən gün Azərbaycanda toylara görə 3 nəfər cərimələnib, şadlıq sarayının sahibinə cinayət işi açılıb.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 28-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 235 toy şənliyinin monitorinqini həyata keçirib.
Monitorinq 232 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 şadlıq sarayının sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, 23 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Oxunub: 589
Oxşar xəbərlər
- Ötən gün yol qəzalarında 3 nəfər ölüb
- Ötən gün yol qəzalarında 5 nəfər ölüb, 6 nəfər yaralanıb
- Ötən ay sərhəd rеjim qaydalarını pozan 646 nəfər saxlanılıb
- Ötən gün yol qəzalarında 3 nəfər ölüb
- Ötən gün məktəbi bitirən məzun çayda boğularaq ölüb
- Ötən gün yol qəzalarında 7 nəfər ölüb
- Ötən ay vaksin vurdurmaq üçün növbə götürənlərin sayı açıqlanıb
- Ötən ay Sabunçuda narkotik satan və oğurluq edən 117 nəfər saxlanılıb
- Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- Ötən il Azərbaycanda müsadirə edilən əmlakların sayı açıqlanıb