Kamran Əliyev yeni şöbə rəisi təyin edib


10:30     05 Yanvar 2022 22_01_05_1641362974.jpg

Baş Prokurorluqda kadr dəyişikliyi olub.

Femida.az -ın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Orxan Rzayev tutduğu vəzifədən azad edilib və Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin Kriminalistika şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı "Report"a təsdiqləyib.

Açar sözlər:

Oxunub: 764