Bərdədə şadlıq sarayının rəhbəri inzibati qaydada həbs edilib
13:14 16 Yanvar 2022
Bərdədə karantin qaydalarının pozulduğu restoranın sahibi inzibati qaydada həbs edilib
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında karantin rejiminin tələblərinin pozulduğu müəyyən edilib.
Yoxlamalar zamanı rayon ərazisində yerləşən “Muğan Məkan” şadlıq sarayında keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.
Müəyyən edilmiş qayda pozuntusu ilə əlaqədar restoranın sahibi Elnur Sadıxov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Oxunub: 518
Oxşar xəbərlər
- Bərdədə narkotacirlər saxlanılıb
- Bərdədə 6 yaşlı uşaq qəflətən ölüb
- Bərdədə qadının evi yandırılıb, azyaşlı qızı isə bıçaqlanıb
- Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
- Bərdədə qohumunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb
- Bərdədə oğul atasını qətlə yetirib
- Bərdədə üzücü olay: Qızlarına toy edib evə qayıdan ailə ŞOK yaşadı - FOTO
- Bərdədə qadın narkotacir saxlanılıb
- Bərdədə 24 yaşlı oğlan kanalda batıb
- Bərdədə antisanitar vəziyyətdə saçaqlı pendir istehsal edən sex bağlanıb