Sulutəpədə gənci avtomobil vurub


12:55     18 Yanvar 2022 22_01_18_1642490125.jpg

Bakıda 28 yaşlı gənci avtomobil vurub.

Hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Paşayev Əli Şölət oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol diz oynağının əzilməsi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 366