Bakıda 5 milyon manatı mənimsəməkdə təqsirləndirilən şəxsə hökm oxunub
20:17 19 Yanvar 2022
Bakıda 5 milyon manatdan çox pulu mənimsəmədə təqsirləndirilən Orxan Ağayevə hökm oxunub, 15 il müddətinə azadlıqdan məhrum edilib.
Femida.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, O.Ağayev 20-dən çox şəxsə iş qurmaq adı ilə yüksək qazanc vəd edib.
Belə ki, o, özünü zərərçəkmişlərə turizm sektorunda yaxşı əlaqələri olan, bu sahədə geniş təcrübə və imkanlara malik olan şəxs kimi tanıdıb.
İttihama əsasən, O.Ağayev vətəndaşların 5 156 419 manat pulunu mənimsəyib. Onun ziyan vurduğu şəxslər sırasında sahibkarlar və dövlət qurumlarının vəzifəli şəxsləri də var.
O, vətəndaşların şikayətləri əsasında Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
O.Ağayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaq) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq zamanı məlum olub ki, O.Ağayev İqtisad Universitetində təhsil alıb, Sinqapurda maliyyə üzrə magistr təhsilini davam etdirib. Azərbaycana qayıtdıqdan sonra bir neçə bankda işləyib. 2017-ci ildə vəzifə saxtakarlığı və dələduzluq ittihamı ilə məsuliyyətə cəlb edilib.
Oxunub: 445
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb