Bir gündə 93 cinayət - 41 nəfər tutulub


19:37     13 Yanvar 2016 464409.jpg

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 93 cinayət faktı qeydə alınıb. Onların da 36-nın üstü “isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyənləşdirilib.

Cinayət törətdiklərinə görə 41 nəfər tutulub.

Açar sözlər:

Oxunub: 728