BDU-nun dosenti vəfat edib


12:02     26 Yanvar 2022 22_01_26_1643185169.jpg

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının dosenti Sədrəddin Sədrəddinov vəfat edib.

S.Sədrəddinov 81 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 1941-ci il sentyabrın 27-də anadan olub. Orta təhsili 1958-ci ildə Ucar rayonunun Küçəkənd kənd orta məktəbində alıb. 1968-1974-cü illərdə BDU-nun Fizika fakültəsində ali təhsil alıb. 1965-ci ildən BDU-nun Fizika fakültəsinin Ümumi fizika kafedrasında pedaqoji fəaliyyətə başlayıb. 1984-cü ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb, “Nazik təbəqəli ftalosianin və onun metal komplekslərində yükdaşınma mexanizmlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

28 məqalə və tezisin, 1 dərs vəsaitinin müəllifi olub. Müxtəlif illərdə bir çox Beynəlxalq və respublika miqyaslı elmi konfranslarda iştirak edib.

Allah rəhmət eləsin!

Açar sözlər:

Oxunub: 537