Azad edilmiş ərazilərə keçmək istəyən şəxs saxlanılıb


10:30     01 Fevral 2022 22_02_01_1643698301.jpg

İşğaldan azad edilmiş ərazilərə keçmək istəyən şəxs saxlanılıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində bir nəfər Beyləqan rayon sakini idarə etdiyi “QAZel” markalı avtomobillə nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə daxil olmağa cəhd edib.

Onun bu əməlinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Həmin şəxsin məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq barəsində toplanmış materiallar aiddiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Açar sözlər:

Oxunub: 469