Bankın departament direktoruna qarşı dələduzluq edən şəxsə hökm oxunub


16:12     01 Fevral 2022 22_02_01_1643709326.jpg

Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Nuran Səməndərovaya hökm oxunub və o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Femida.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, cinayət işində 4 nəfər zərərçəkmiş var. Onlardan biri də Azərbaycan Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru Emil Qədimovdur.

İttihama görə, 1989-cu il təvəllüdlü N.Səməndərova özünü Dövlət Miqrasiya Xidmətinin əməkdaşı kimi təqdim edərək banklardan küllü miqdarda pul götürüb. O, həmçinin telefon mağazalarından da xeyli sayda bahalı telefonlar götürib, lakin pullarını ödəməyib.

Açar sözlər:

Oxunub: 379