Bankın hamamında meyiti tapıldı - Bakıda şok


17:23     28 Aprel 2018 18_04_28_1524907524.jpg

Bakıda bankda ölüm hadisəsi baş verib.


Femida.az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində paytaxtın Nərimanov rayonunda, "Muğanbank"ın ofisində baş verib.
Paytaxtda təmizlik işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı, bankda təmizlik aparan, 1991-ci il təvəllüdlü Yusifov Cavid Davud oglu binanın hamam otağında dünyasını dəyişib.
İlkin ehtimala görə, C.Yusifov yüksək dozalı narkotik qəbul edib və maddənin təsirindən dünyasını dəyişib.
Faktla bağlı Nərimanov rayonunda araşdırmalar başlanılıb. Meyit Məhkəmə Tibb Ekspertizası və Potoloji Anatomiya Mərkəzinə təhvil verilib.

Femida.az

Açar sözlər: #Ölüm   #Hadisə   #Kriminal   #Bakı   #Məhkəmə  

Oxunub: 5176