Bakıda 41 yaşlı kişi bıçaqlanıb


12:36     02 Fevral 2022 bicaq.jpg

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Nəsimi rayonunda qeydə alınıb. 1981-ci il təvəllüdlü Kərimov Rüstəm Məhi oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onda sol əlin kəsilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 391