Bakıda uşağa şprislə işgəncə verən dayə polisə çağırılıb


19:12     02 Fevral 2022 22_02_02_1643817528.jpg

"Bakıda uşağa iynə vuran dayə polisə çağırılıb".

Bunu Femida.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov deyib.

O bildirib ki, hadisə ilə bağlı azyaşlıların valideynləri ərazi üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət ediblər: "Ərizə əsasında həmin dayə Polis Şöbəsinə dəvət olunub və onun izahatı alınıb. Hadisə ilə bağlı müvafiq təhqiqat araşdırmaları aparılandan sonra dayənin etdiyi əmələ hüquqi qiymət veriləcək".

Qeyd edək ki, ötən gün sosial şəbəkədə dayənin azyaşlıya şpris batırmasını əks etdirən görüntülər yayılmışdı.

Açar sözlər:

Oxunub: 388