Azərbaycan Macarıstanla Qarabağda birgə müəssisələr yaratmaq istəyir


13:12     03 Fevral 2022 22_02_03_1643878166.jpg

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Macarıstan şirkətlərinin iştirakını çox istəyirik. Amma ən çox istəyimiz məsələ Qarabağda birgə müəssisələrin yaradılmasıdır”.

Femida.az xəbər verir ki, bunu Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasından sonra təşkil edilmiş brifinqdə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

“Yaxşı olar ki, iki ölkənin şirkətləri həm Macarıstanda, həm də Qarabağda birgə müəssisələr yaratsınlar və investisiya qoyuluşunu davamlı olaraq artırsınlar”, - o əlavə edib.

Açar sözlər:

Oxunub: 456