Bakıda avtomobillə iki qadını vurub qaçan sürücü saxlanılıb


16:14     05 Fevral 2022 22_02_05_1644058394.jpg

Bakıda piyadanın xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Biləcəri qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən paytaxt sakinləri N.Urşanova və S.Süleymanova vurulub. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Qafarov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 369