Bakıda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb


21:12     07 Fevral 2022 hebs5.jpg

Bakıda qadının qətlə yetirilməsi faktına görə cinayət işi başlanılıb, şübhəli şəxs saxlanılıb.

Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Xəbər verildiyi kimi, fevralın 7-i Qaradağ rayonu ərazisində yaşadığı evdə 1983-cü il təvəllüdlü Qənəət Fərmanovanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin tanışı 1979-cu il təvəllüdlü Asəf Cəfərzadə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənəət Fərmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Asəf Cəfərzadə saxlanılmışdır.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Açar sözlər:

Oxunub: 344