Sabiq icra başçısının apellyasiya şikayəti üzrə məhkəməsinin vaxtı məlum olub


13:09     08 Fevral 2022 22_02_08_1644307779.jpg

Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, RİH-nin ictimai-siyasi və humanitar məsələlər üzrə sabiq müavini Gültəkin Sadıqova, Memarlıq və Tikinti Şöbəsinin sabiq müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin keçmiş müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sabiq müdiri Anar Cəfərov və rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Telman Zahidovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Femida.az -ın əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası fevralın 24-nə təyin edilib.

Şikayət hakim Kamil Bəşirovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, İ.Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Vəliyev 10 il, G.Sadıqova 6 il 6 ay, T.Zahidov 8 il 3 ay, Ə.Kərimova 8 il 6 ay, A.Cəfərov 8 il, V.Əkbərov 9 il və V.Nağıyev isə 8 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Açar sözlər:

Oxunub: 453