Sabiq polisin məhkəməsi başlayır
09:12 01 Aprel 2022
Bakıda 1 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında təqsirləndirilən Vaqif Novruzovun cinayət işi üzrə istintaq yekunlaşıb.
Femida.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin vaxtı hələki məlum deyil.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında paytaxtın Sabunçu rayonunda baş verib.
Belə ki, hadisə zamanı sabiq polis serjantı V.Novruzov etdiyi “Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış Daxili Qoşunların əsgəri Rövşən Alxasovu vurub.
O, dərhal xəstəxanaya yerləşdirilib və həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı V.Novruzov saxlanılıb və ona Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb.
Oxunub: 371
Oxşar xəbərlər
- Sabiq prokuror vəfat etdi
- Sabiq icra başçısı Saleh Rüstəmov əfv edilib
- Sabiq MTN generalının cinayət işinə baxan hakimin səhhətində problem yaranıb
- Sabiq icra başçısının apellyasiya şikayəti üzrə məhkəməsinin vaxtı məlum olub
- Sabiq hakimlər barəsində cinayət təqibi ilə bağlı prosedur məlum olub
- Sabiq icra başçısına qanunsuz silah saxlama ilə bağlı ittiham irəli sürülüb
- Sabiq MTN əməkdaşı niyə öldürüldü?- Havaya açılan atəş, narkotik, məhv olan həyatlar
- Sabiq icra başçısının məhkəməsi başlayır
- Sabiq baş infeksionist məhkəmədə ifadə verib
- Sabiq icra başçısının müavini məhkəmədən bəraət istəyir