Ötən gün özünü qatar yoluna atan qadın xəstəxanaya yerləşdirilib


12:47     09 Fevral 2022 22_02_09_1644388649.jpg

Ötən gün Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasında özünü qatar yoluna atan qadın 1988-ci il təvəllüdlü Mirzəxanova Elnarə Minətulla qızının son durumu açıqlanıb.

Femida.az -ın məlumatına görə, qadın Kliniki Tibbi Mərkəzə aparılıb.

Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Elnur Hidayətoğlu "Report"a açıqlamasında bildirib ki, yaralı dünən gecə saatlarında qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib.

O deyib ki, hazırda onun müalicəsi davam etdirilir.

Açar sözlər:

Oxunub: 517