Metrodakı yoxlanışlar nədən xəbər verir?


16:04     09 Fevral 2022 22_02_09_1644401343.jpg

Son vaxtlar Bakı metrosunda polis əməkdaşları tərəfindən aparılan yoxlamalar daha da gücləndirilib.

APA TV Lent.az-a istinadən xəbər verir ki, xüsusi yoxlama cihazından əlavə polislər metroya daxil olan vətəndaşlardan şəxsiyyət vəsiqələrini də tələb edirlər.

Vəsiqələrin hansı səbəbdən tələb olunması isə çox adama məlum deyil.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin yoxlamalar metroya daxil olan COVID-19 xəstələrinin müəyyən edilməsi üçündür.

"Dünən bu yoxlamalar sayəsində 3 aktiv koronavirus xəstəsi müəyyən edilib. Onlarla profilaktiki söhbətlər aparılıb və hər biri müalicə aldıqları ünvana yerləşdiriliblər", - deyə Elşad Hacıyev əlavə edib.




Açar sözlər:

Oxunub: 625