Bakıda parkdan 2 560 manatlıq fontan başlığı oğurlanıb
10:19 10 Fevral 2022
Səbail rayonunda yerləşən parklardan birindən 32 ədəd ümumi dəyəri 2560 manat olan fontan başlığı oğurlanıb.
Bu barədə Femida.az- Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Balakən rayon sakini Rəşad Qurbanov saxlanılıb.
O, ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib. Bölmədə əlavə araşdırma aparılan zaman Rəşad Qurbanovun paytaxtın müxtəlif rayonlarında yerləşən parklarından da elektrik avadanlıqları oğurladığı müəyyən edilib.
Faktlarla bağlı saxlanılan şəxs barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
"Rəşad Qurbanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.
Oxunub: 559
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb