Bakıda çağırışa gedən həkimin ayağı qatarın altında qalıb


10:02     13 Fevral 2022 22_02_13_1644733354.jpg

Bakıda çağırışa gedən həkimin ayağı qatarın altında qalıb.

Femida.az -ın məlumatına görə, hadisə Qaradağ rayonunda, Səngəçal qəsəbəsində qeydə alınıb. Təcili Tibbi Yardım stansiyasının həkimi, 1971-ci il təvəllüdlü Quliyev Vüqar Bəyazəddin oğlu dayanmış vəziyyətdə dayanan qatarın altından keçərkən qatar hərəkətə başlayıb.

Bu zaman həkimin ayağı qatarın altında qalaraq ağır xəsarət alıb. V.Quliyev xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 448